• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 01.02.2019 14:01

Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi üçün şəhər turu təşkil olunub

KepezTV Player

Gənclər günü münasibətilə Gəncə Dövlət Universitetinin bir qrup tələbəsi üçün şəhər turu təşkil olunub. Ali təhsil ocağının kitabxanasının təşəbbüsü ilə həyata keçirilən ekskursiyanın məqsədi, tələbələri və gəncləri qirayətə cəlb etmək, eləcə də onların kitablara olan marağını artırmaqdır. Tələbələr Nizami məqbərəsini, dahi şairin adını daşıyan muzeyi, Qala Qapısı muzey kompleksini ziyarət ediblər. Universitetin fəal tələbələrinin növbəlilik əsasında gəzintisi davam edəcək.

Ayşə Əhmədova - GDU-nun kitabxana müdiri: “Gənclər günün ilə bağlı tədbirlərimizin istiqamətini dəyişdik və fəal oxucularımızı şəhərin muzeylərinə apardıq. Tədbirimzii keçirməkdə əsas məqsəd aktiv oxucularımızın sayını artırmaq və boş vaxtlarını daha səmərəli keçirilməsini təşkil etməkdir.