• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1257
— 01.02.2019 14:04

Şəmkir və Göygölün rayon mərkəzlərində növbəti ilin hədəfləri müəyənləşib

KepezTV Player

2019-cu il üçün Şəmkir şəhərinin prespektiv planı müzakirə olunub. Ötən bir ildə şəhər ərazisində 57 fərdi yaşayış evinin tikildiyi, 137 evin tikintisinin davam etdiyi vurğulanıb. Həmçinin 20 obyekt binasının tikintisinə başlanılıb. İnvestisiya dəyəri 9 milyon 748 min manat olan 6 obyekt artıq istifadəyə verilib və 41 nəfər işlə təmin olunub. Sahibkarlar əsasən istixana komplekslərinin yaradılmasına investisiya yönəldib. Bu il şəhər bələdiyyəsi tərəfindən təmirə ehtiyac duyulan bütün küçələrdə yenidənqurma və bərpa işləri aparılacaq, sahibsiz itlər üçün saxlanılma yerləri yaradılacaq. Təkliflərlə çıxış edən sakinlər təhsil ocaqlarının maddi texniki bazasının möhkəmləndirilməsi, mədəniyyət müəssisələrinin təmiri, mini futbol meydançasının inşasının vacibliyi kimi məsələləri gündəmə gətiriblər. Toplantıda buraxılan nöqsanlar təhlil edilib, vətəndaş məmunluğuna nail olmaq üçün  yerlərdə müraciətlərə vaxtında baxılması tövsiyyə olunub.

Göygöldə də anoloji topplantı keçirilib. 20 min əhalinin yaşadığı rayon mərkəzində 8 məktəb, 4 uşaq bağçası, xəstəxana və digər sosial obyektlər fəaliyyət göstərir. 109 küçənin abad və təmiz saxlanılmasına nəzarət edilir, şəhər ərazisində otel və digər obyektlərin inşası aparılır. Bu il Göygöl şəhərinin yeni salınan yaşayış massivlərində yolların təmiri və gecə işıqlandırması qarşıda duran əsas vəzifələrdəndir. Toplantıda kommunal xidmətlərin yaxşılaşdırılması, turizm marşrutlarının genişləndirilməsi, kəndlərə gediş-gəlişi yaxşılaşdırmaq kimi məsələlər qaldırılıb. Səsləndirilən müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Natiq Hüseyn