• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1596
— 31.01.2019 15:39

Şəmkirdə şəkərli diabet xəstələri diqqət mərkəzində saxlanılır

KepezTV Player

Şəmkirdə şəkərli diabet xəstələrinin dərmanla təchizatı tək rayon mərkəzində deyil kəndlərdə də aparılır. Bunun üçün rayonun müxtəlif ərazilərini əhatə edən 20 tibb müəssisəsi seçilib.  Sakinlər il ərzində ərazi üzrə sözügedən səhiyyə ocaqlarına müarciət etməklə lazımı dərman və preparatlala təchiz edilir. Bundan başqa Şəmkir rayon Mərkəzi Xəstəxanasındada pasentlərin dərmanla təchizatı aparılır. Passentlər bir qayda olaraq əvvəlcə Şəmkir rayon Poliklinikasında həkim müayinəsindən keçir, daha sonra isə müvafiq müalicələrə cələb olunur. Şəmkir rayonunda ümumilikdə 5 minə yaxın şəkərli deabet xəstəsi var. İl ərzində bu kimi xəstələrin sayında 500-ə qədər artım  müşahidə olunur.

Elçin Əliyev Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini: Şəkərli diabet xəstələri imtiyazlı qrup xəstələridir. Belə xəstələrə respublikamızın hər yerində olduğu kimi Şəmkirdə də xüsusi diqqət və qayğı göstərilir. Daim onların müayinə və müalicəsi aparılır. Yerlərdə dərmanlar xəstələrə çatdırılır. Buda həmin kəndlərdə və kənd ətrafı xəstələrin dərman almasını asanlaşdırır.

Natiq Hüseyn