• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1399
— 30.01.2019 13:17

3 otaqlı ev yaşanmaz hala düşdü

KepezTV Player

Cəlilabadın Alar kəndində yanğın olub. Alov gecə saatlarında kənd sakini Rəcəb Balakişiyevə məxsus ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evdə meydana gəlib. Tikilinin yanar konstruksiyaları və əşyaları 75 kv.m sahədə tamamilə yararsız hala düşüb. Hadisə yerinə Cəlilabad YMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub, evin qalan hissəsi alovdan mühafizə edilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbi araşdırılır.