• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 997
— 29.01.2019 15:48

Hollandiya, İran və Türkiyə sortu ev quşları çarpazlaşdırılır

KepezTV Player

Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun quşçuluq laboratoriyasında yeni ev quşları xətlərinin alınması üzrə sınaq təcrübəsi aparılır.Bu xətlər Hollandiya, İran və Türkiyə ev quşlarının çarpazlaşdırılmasından əldə edilən Lider və S-7 xətləridir. 34 gündür təcrübəsi aparılan bu quşların hazırda diri çəkisi 900 qrama çatdırılıb. Laboratoriyada quşların böyümə inkişafını qənəd lələyi, döş qüzumu, diri çəkiləri hər gün nəzarətdə saxlanılır. Cücələrin saxlandığı otaqlar dizinfeksiya edilir, baytarlıq tədbirləri görülür və cücələr peyvənd olunur. Yeni yaradılacaq bu xətlər həm yumurta, həm də ətlik istiqamətdədir. Hazırda Respublikada 7 yerli və 20 xaricdən gətirilən ev quşları xətləri var. Ümumilikdə isə fərdi ev və təsərrüfatlarda 30 milyon ev quşu saxlanılır.

Mahir Hacıyev  Heyvandarlıq Elmi-Tətqiqat İnstitutunun direktoru:  “Fermerə qısa müddətdə yüksək həzmə gedicilik qabiliyyəti olan quşların əmələ gəlməsi maraqlıdı. Bu fermərə vəsait, maliyyə cəhətdən dəstək olmaqdı. Həmin cinslərin, xətlərin yaranması inistitutumuz tərəfindən və bir neçə quşçuluq fabriki tərəfindən aparılır. İşlər gedir, qısa müddətə sınaq qurtarandan sonra xəttin biri təqdim olunacaq. Təqdim olunandan sonra əhali, quşçu fermer tərəfindən bu daha çox bəyəniləcək”.