• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1780
— 29.01.2019 13:11

Piyadanı vuran sürücü qaçdı

KepezTV Player

Şəkidə piyadanı maşın vurub. Hadisə axşam saatlarında rayonun Aşağı Göynük kəndi ərazisində baş verib. Baş Göynük kənd sakini, 58 yaşlı Balabəy Allahverdiyev yolu keçərkən minik maşını ilə vurulub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Zərərçəkən  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki RMX-yə çatdırılıb. Ona sağ aşağı ətraflarının sınığı dioqnozu qoyulub və müalicəsi davam etdirilir. Piyadanı vuran "VAZ 2106" markalı avtomobilin sürücüsü Ruslan Zeynalov isə artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.