• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 956
— 29.01.2019 13:10

23 yaşlı gənci avtomobil vurdu

KepezTV Player

Şamaxı şəhərində 23 yaşlı gənci avtomobil vurub. Hadisə N.Nərimanov  küçəsində qeydə alınıb. Şəhər sakini Sərdar Dəmirov yolu keçərkən "Mercedes" markalı maşınla vurulub. Sürücü yaralını öz avtomobili ilə Şamaxı Rayon Mərkəzi xəstəxanasına çatdırıb. Kəllə-beyin travması alan xəstəyə ilkin yardım göstərilib, vəziyyəti ağır olduğundan paytaxta göndərilib. Hadisəni törədən sürücünü isə Şamaxı polisi saxlayıb. Faktla bağlı araşdırma aparılır.