• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1275
— 26.01.2019 15:47

Gəncədə Intellektual bilik yarışı keçirilib

KepezTV Player

Gəncədə gənclər arasında Nə? Harada? Nə zaman? Intellektual bilik yarışı keçirilib. Yarış  Gəncə şəhər Gənclər və İdman baş İdarəsi, Gənclər evi və Gəncə İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə  2 fevral Gənclər gününə həsr olunub. Gəncə ilə yanaşı Mingəçevirdən də gənclərdən ibarət komanda yarışda iştirak edib. Hər komandada 6 nəfər olmaqla 10 komandanın qatıldığı yarış 2 turdan ibarərət olub. Gənclərə hər turda 18 sual verilib və 30 saniyyə vaxt ərzində cavablandırılıb. Yarışda birinci yeri tutan komandaya kubok, digər yer tutan qaliblərə diplomlar, hər iştirakçı komandanın üzvlərinə isə sertifkatlar verilib.

Natiq Salahov Gəncə İntelektual klubunun sədri: “Nə? Harada? Nə zaman? Oyunun digər bilik yarışlarından fərqi odur ki, burada ümumi mövzu yoxdu. Burada uşaqların biliyi, dünya görüşü, tez fikirləşmələri önəmlidir. Suallarda hər bir mövzuda tərtib olunub, özümüz tərtib etmişik”.

Elnur Vahidoğlu