• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 19.01.2019 17:05

Bu gün dünya provaslavları Xaç suyuna salma mərasimi keçirir

KepezTV Player

Bu münasibətlə Gəncə və ətraf rayonlarda yaşayan provaslavlar Aleksandr Nevski adınan Rus provaslav kilsəsində dini ayinlər yerinə yetirilib, şamlar yandırılıb, dualar oxuyub. Keşiş tərəfindən kilsədəkilərə müqəddəs xaç suyu paylanılıb. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsindən verilən məlumata görə, provaslavlar öz dini ayinlərini bərabərhüququlu və azad şəkildə yerinə yetirirlər.

“Bütün respublikada olduğu kimi bü gün Gəncədəki Aleksandr Nevski adınan Rus provaslav kilsəsində də bu mərasim təşkil edilibdir. Şəhərimizdə yaşayan rus provaslav əhalisi səhər saatlarından başlayaraq bu mərasimdə öz dini ayinlərini yerinə yetirirlər. Bu işdə istər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, istər yerli icra hakimiyyəti lazımı şəraitini yaradlması üçün müvafiq köməklik göstəriblər.

Xaliq Qurbanlı