• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 19.01.2019 15:57

Samuxda 20 yanvar faciəsinin qurbanları yad edilib

KepezTV Player

Samuxda “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı anım tədbiri faciəyədən bəhs edən filmin nümayişi ilə başlayıb. Günahsız insanların qətli ilə nəticələnən Qanlı Yanvar gecəsinin azərbaycanlıların kimliyini, məğlubedilməzliyini sübut etdiyi, Vətən uğrunda canlarından keçən şəhidlərin hər zaman yad ediləcəyi vurğulanıb. Azərbaycan xalqının milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyi, müqəddəs amal uğrunda küçələrə çıxdığına diqqət çəkilib. Ağır texnikadan və odlu silahlardan istifadə edilməklə insanlığa qarşı törədilən terror aktı Azərbaycan xalqının qan yaddaşında həm də qəhrəmanlıq tarixi kimi düşüb.