• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 921
— 19.01.2019 15:38

Gəncədəki Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü qeyd olunacaq

KepezTV Player

Sabah Gəncədə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı keçiriləcək anım mərasiminin hazırlıq işləri başa çatmaq üzrədir. Şəhidlər xiyabanın ərazisi tullantılardan və alaq otlarından təmizlənib, Memorial Kompleksin və şəhid məzarlarının ətrafında səliqə-sahman yaradılıb, yeni gül-çiçək kolları əkilir. Həmçinin ictimaiyyət nümayəndələri tərəfindən şəhidlər xiyabanı ziyarət edilir, şəhid məzarları üzərinə gül dəstələri düzülür. Gəncənin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən 375 şəhid uyuyur, onlardan 5-i milli qəhrəman, 16-ı isə naməlum əsgərdi. 

Könül Rəşidova müəllim: “Biz bu gün şagirdlərlə şəhidlərin ziyarətinə gəlmişik. Uşaqlar burada şəhidlərin qəbirlərini gördülər, həmin hadisəni xatırladılar. Uşaqlar burada əbədi məşəl abidəsi ilə də tanış oldular və bildilər ki, Bakı şəhərində də Dağüstü parkda da belə bir məşəl var. Orada 20 yanvar faciəsinin şəhidləri yatır”.

Tural Hacıyev Şəhidlər xiyabanının müdiri:  “Şəhidlər xiyabanın da hazırlıq işləri görülür. Hazırda təmizlik aparılır, gül-çiçəklə bəzədilir. Marşurutlarla da təşkil olunub. Yollar bərpa edilib, yeni çəkilən asfalt bu gün tam başa çatıb. Hamı sərbəst şəkildə 29-cu il dönümünü qeyd etməyə gələcəklər”.

Elnur Vahidoğlu