• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 19.01.2019 15:25

Göygöl xəstəxanası kəskin qrip virusuna qarşı hazır vəziyyətə gətirilib

KepezTV Player

Göygöldə kəskin qrip virusuna qarşı mərkəzi rayon xəstəxanasında xüsusi palatalar ayrılıb. Səhiyyə nazirliyinin göstərişinə uyğun olaraq həyata keçirilən hazırlıq tədbirləri ilə əlaqədar təhlükəli yolxucu xəstəliklər əlehinə xəstəxana və poliklinikalar bütün lazımı dərman peraparatları eləcə də avadanlıqlarla təmin edilib. Bununla yanaşı qış mövsümü nəzərə alınaraq kəndlərdə fəaliyyət göstərən xəstəxana, həkim və tibb məntəqələrində də təminat və təchizat artırılıb. Bu günə qədər rayon xəstəxanasına ağır qrip virusu infeksiyasına yoluxma halı ilə bağlı müraciət olmasa da həkimlər istənilən vəziyyətə hazır olduqlarının bildirirlər.

Eldar Muradov Göygöl RMX-nın baş həkimin müavini: Bizdə qaynar xətt telefonları var, hansı ki, ora baş həkimin, eləcə də baş həkimin müavinin və bir sıra həkimlərin nömrələri var. Eyni zamanda bütün həkimlərimizin bu barədə informasiyası var ki, hər hansı bir müraciət olduqda, ona hansı formada diqqət yetirmək lazımdır. Bu məsələlər daim müzakirə olunur və nəzarət altında saxlanılır. Kənd xəstəxanalarınında təchizatını hal-hazırda mərkəzi rayon xəstəxanası aparır. Belə ki, onlara aid olan, mövsümlə əlaqədar olan dərman pereparatlarını burdan götürürlər və oradakı həkimlərində hər biri bu barədə məlumatlıdır.