• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 832
— 18.01.2019 14:43

Ölkə ərazisində havaların kəskin dəyişməsi gediş-gəlişdə çətinlik yaratmayıb

KepezTV Player

Ölkə ərazisində havaların kəskin dəyişməsi, xüsusən də dağ rayonlarına  qar yağsı gediş-gəlişdə çətinlik yaratmayıb. Gəncədən qərb istiqamətinə,  Daşkəsən və Gədəbəy kimi ucqar rayonlara hərəkət edən mikroavtobuslar da gündəlik qrafik üzrə gecikmədən sərnişinlərin daşınmasını həyata keçirir. Şaxtalı havaya baxmayaraq əvvəlcədən görülən tədbirlər nəticəsində, təsərrüfat işçiləri tərəfindən yollara duz qum qarışığı səpilib ki, bu da nəqliyyatın normal hərəkətini təmin edir. Qışa hazırlıqla əlaqədar nəqliyyat vasitələrində də lazımı texniki sazlama işləri görülüb.

Seymur Meyfalıyev - avtovağzal nəzarətçisi: Bildiyiniz kimi Daşkəsən Gədəbəy rayonlarına qar yağıb. Lakin gediş-gəlişdə heç bir probleb yoxdur. Maşınlar hamısı qış mövsümünə hazırdır. Təkər olsun, zincir olsun, hər şey var. Sərnişinlər vaxtlı vaxtında getdikləri ünvana çatdırılır.

Qələndər İsgəndərov - sürücü: Dünən qar yağıb, düzdür şaxta var. Sağ olsunlar yollara duz səpirlər işləyə bilirik. Sərnişinlərə xidmət edə bilirik.  

Zahid Allahyarov - sürücü: Təkərlərimiz təzə qış təkərləridir. Yollara duz qarışıq qum səpirlər. Zincirimiz var. Hələ ki, problem yaranmır. əgər olarsa zincir taxıb sürəcəyik.