• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 18.01.2019 14:49

“20 Yanvar” şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub

KepezTV Player

29-cu ildönümünü anacağımız “20 Yanvar” faciəsinin Gəncədən olan şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub. Şəhidin anası Valentina Boqdanovaya başsağlığı verilib, şəhidin ömür yoluna nəzər yetirilib. Valeri Zakir oğlu Boqdanov 60 il bundan öncə Gəncədə dünyaya göz açıb. Rostov Dəmiryolu Universitetinin məzunu olan Valeri Boqdanov Gəncədə dəmir yolu sahəsində çalışıb. Sonrakı dövrlərdə isə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Valeri Boqdanov xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub. Şəhidin anası qonaqlara diqqətə və qayğıya görə minnətdarlığını ifadə edib.  

Valentina Boqdanova - şəhidin anası: Həmin günü xatırlmaq istəmirəm. Həmin gün Bakıda baş verənlər bizi çox sarsıtdı. 29 ildir biz Valerini itirmişik. Geridə qalan illərdə daim onun xatirəsi əziz tutulur və yad edilir. Bir ana kimi bu mənə böyük təsəllidir. Xüsusi ilə də dəmiryolçular daim bizim yanımızda olurlar. Bu gündə Valerini yad etmək üçün bizə gələn hər bir şəxsə öz minnətdarlığımı bildirirəm. Hər zaman sülh və əminamanlığın olmasını, eyni hadisələrin bir daha təkrarlanmamasını arzu edirəm.

 

Natiq Hüseyn