• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 18.01.2019 14:04

Gəncəli cüdoçular Azərbaycan birinciliyində fərqləniblər

KepezTV Player

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçuların Azərbaycan birinciliyi keçirilib. Yarışda qaliblər qız və oğlanlar arasında 3 çəki dərəcəsində müəyyənləşib. Mükafatçılar sırasında gəncəli tatami ustaları da yer alıblar. Onlardan biri oğlan, ikisi isə qızdı. Ölkə yarışında zəriflərin mübarizəsində 44 kq-da Könül Əliyeva və 52 kq çəkidə Xumar Əsədova həlledici görüşdə büdrəyərək gümüş medala layiq görülüblər. Nizami yurdunun təmsilçilərdən ən yaxşı nəticəni isə oğlanlar arasında 60 kq-da güləşən Turan Bayramov göstərib. Yeniyetmə tatami ustası bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

 

Orxan Cəfərzadə