• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 18.01.2019 13:19

İki mağazadan oğurluq etmək istəyən yeniyetmə saxlanıldı

KepezTV Player

Gecə saatlarında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan mağazalardan Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal operativ reaksiya göstərilib, hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən şəxs hadisə yerində saxlanılıb. O, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə təhvil verilib. Araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub. Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.