• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1959
— 18.01.2019 13:09

Spirtli içkilər və siqaretlər müsadirə olunub

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Maşının yük yerində - ehtiyat təkər olan hissədə 20 ədəd 1 litrlik spirtli içki, 6000 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.