• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2069
— 18.01.2019 15:08

32 min manata zəhərli maddə satmaq istəyirdi

KepezTV Player

Xızı polisi rayonun Giləzi qəsəbəsində zəhərli maddə gəzdirməkdə şübhəli bilinən şəxsi saxlayıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elçin Bayramov olduğu müəyyən edilib. Saxlanılan zaman üzərində qanunla dövriyyəsi qadağan olunaraq zəhərli maddələr siyahısına daxil edilən 340 qram metallik civə aşkarlanıb. Dindirilmə zamanı saxlanılan şəxs civənin ona məxsus olduğunu və 32 min manata satmaq niyyəti ilə Siyəzən rayonuna aparmaq istədiyini deyib. Faktla bağlı cinayət işi başlanılıb.