• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 867
— 18.01.2019 10:03

Mercedes-AMG GT R, Renault Twizy elektrokarına qarşı arxaya gedərək yarışdı

Top Gear jurnalı hardkor kupe Mercedes-AMG GT ilə Renault Twizy elektromobili arasında dreq yarış təşkil edib. Yarış qaydalarına əsasən sportkar arxa-arxaya getməli idi. Mercedes-AMG GT R 4 litrlik 585 at güclü tvin-turbo ilə təchiz olunub. Iki qapılı maşın düzünə maksimum 318 km/saat sürət yığır. Arxaya isə bu götərici 61 km/saata bərabərdir. Renault Twizy sitikarına gəldikdə, o 8 kilovatt saatlıq elektromotorla şütüyür. Yerindən 45 km/saat sürəti yığmaq üçün ona 6,1 saniyə lazımdır. 80 km/saat isə Twizy-nin ən yüksək sürətidir. Bir dəfəyə sitikar 100 kilometr məsafə qət edir.