• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2248
— 18.01.2019 12:43

Goranboyda canavarlar kəndə hücum edib

KepezTV Player

Goranboyun Eyvazlılar kəndinə canavar hücumu olub. Yırtıcılar Elman Adıgözəlova məxsus təsərrüfata girib. Kənd sakini heyvanları həyətyanı sahədən aparmağa gələn zaman 2 canavarın qoyunlara hücum çəkdiyini görüb. Səs-küy edib yırtıcıları ərazidən uzaqlaşdırıb. Canavarlar 6 baş qoyunu parçalayıb, 2-ni isə yaralayıb. Kənd sakinlərinin sözlərinə görə, ərazidə yırtıcılar tez-tez gözə dəyir. Vəhşi heyvanlar qoyunları parçaladıqları əraziyə yenidən “ov” dalınca gəliblər.