• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 17.01.2019 16:35

Gəncəli basketbolçu Amil Həmzəyev karyerasında yeni səhifə açıb

KepezTV Player

29 yaşlı mərkəz oyunçusu Ukraynadan ayrılaraq Moldovaya köçüb. Həmzəyev bundan sonra çıxışını “Rıbnitsa” da davam etdirəcək. Forvard mövsümün sonuna – may ayına kimi yeni komandası ilə müqavilə bağlayıb. “Rıbnitsa” ölkə kubokunun son qalibidir və gələn mövsüm avrokuboklarda iştirak edəcək.

Moldova komandası Amilin karyerasında ikinci xarici klub olub. 2016-ci ildən legioner həyatı yaşamağa başlayan basketbolçu iki il yarım müddətində “Kremen”in uğurları üçün çalışıb. O, Kremençuk təmsilçisinin heyətində Ukrayna çempionatının Super Liqasında və aşağı dəstəsində çıxış edib. Həmzəyev “Kremen”in lideri kimi dəfələrlə turun simvolik komandasına düşüb, “Ulduzların oyunun”da forma geyinib. Amil klubun yenidən Super Liqada yarışmaq iddiasının olmamasından narazı qalaraq “Kremen”lə yollarını ayırıb. Onun klubla müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Həmzəyevin Moldova ilə yanaşı, Gürcüstandan da təklifi olub.

Azad Rəfi