• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 981
— 17.01.2019 10:44

Qara dəliyin yaranma anı müşahidə edildi

Alimlər ilk dəfə olaraq ulduzun qara dəliyə çevrildiyi anı müşahidə ediblər. Bu barədə Amerika Astronomiya Cəmiyyətinin Sietl (Vaşinqton ştat) şəhərində keçirilən konfransında məlumat verilib. Hadisənin özü 200 milyon il əvvəl baş verib, lakin güclü partlayışın "işıq siqnalı" planetimizə ötən il çatıb: görüntü 2018-ci ilin iyun ayında qeydə alınıb. Ulduzun kəskin işıq saçaraq böyük miqdarda enerjini buraxması ilə müşahidə olunan hadisə AT2018cow adlandırılıb. Hadisənin adında göstərilən bu hərf yığını kompüter tərəfindən yaradılıb və heç bir məna daşımır. Lakin sondakı "cow" ingilis dilindən tərcümədə "inək" deməkdir. Ona görə də məlum hadisə geniş elmi ictimaiyyət tərəfindən qısa olaraq "Cow" ("İnək") adlandırılıb. Astronomlar əmindirlər ki Cow alimlərin ilk dəfə müşahidə etdikləri qara dəliyin yaranma hadisəsi ola bilər. National Geographic jurnalı tədqiqat qrupunun rəhbəri Rafaella Marquttinin "Bunu biz uzun illərdir görmək istəyirdik" fikrini sitat gətirib. Tədqiqat qrupunun fikrincə, qara dəlik yaşı az, çox isti və parlaq ulduzun partlayışı nəticəsində yaranıb.