• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3101
— 17.01.2019 13:52

Narkotik və döyüş sursatı götürülüb

KepezTV Player

Bakıda Qaradağ rayon Polis idarəsinin 38-ci polis bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xocəsən qəsəbə sakini Nurlan Məmmədyarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və marixuana aşkar edilib. Eyni zamanda əməliyyat-axtarış tədbirləri ilə yaşadığı evdən 6 ədəd tüstü buraxan paket və 2 ədəd əl qumbarası da götürülüb.Bundan başqa, 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Nəzrin Fərzullazadədən 600 qram tiryək və 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Hər iki faktla bağlı cinayət işi başlanılıb.