• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 17.01.2019 13:50

Çantada silahla gəzən şəxs saxlanılıb

KepezTV Player

Bakıda Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Çingiz Maşallayevdə odlu silah olması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Əlindəki idman çantasına baxış zamanı 1 ədəd “AKM” markalı avtomat, 21 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Maşallayev ifadəsində həmin silah-sursatın ona məxsus olduğunu və bir müddət əvvəl Ramana qəsəbəsindən tapdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb.