• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 17.01.2019 13:47

İki qardaş davada bıçaqlanıb

KepezTV Player

Sabirabad rayonunun Qaragüney kəndində dava baş verib. 62 yaşlı Tofiq Məmmədov və qardaşı 51 yaşlı Rafiq Məmmədov bıçaq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər. Hər iki qardaş əməliyyat olunub. Hadisənin digər iştirakçıları - Qaragüney kənd sakinləri, 69 yaşlı Eldar Abbasov və 36 yaşlı Sənan Nağıyev də müxtəlif xəsarətlərlə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdiriliblər. Davaya qadının keçmiş ərinə qoşularaq qaçmasının səbəb olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.