• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 16.01.2019 16:00

Samuxda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satanlar cərimələnib

KepezTV Player

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir. Samux rayon polis şöbəsinin əməkdaşlarıda bu istiqamətdə reydlər təşkil edir.

Samux rayon polis şöbəsi əməkdaşlarının təşkil etdiyi yoxlamalar müxtəlif kəndləri əhatə edib. Reyd zamanı bir çox mağzalarda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktı aşkarlanıb. Fakt təsdiqini tapandan sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə ediliblər.

Reyd zamanı mağaza sahiblərinə qanunun tələbləri ətraflı izah olunub. Qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.

 

Natiq Hüseyn