• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2112
— 16.01.2019 13:27

Qanunsuz ağac kəsənlər saxlanılıblar

KepezTV Player

Quba Rayon Polis Şöbəsinin əməkdaşları İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən iki kənd sakinini saxlayıblar. Araşdırmalarla məlum olub ki, Rəmzi Əlirzayev Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, özünə məxsuz “Qaz 66” markalı yük avtomobili ilə daşıyıb. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Şöbəyə gətiriliblər. Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.