• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1173
— 16.01.2019 13:18

Evdən pul oğurlamaqda şübhəli bilinən gənc saxlanılıb

KepezTV Player

Quba rayonu 2-ci Nügədi kənd sakini İlham Qardaşəliyev Rayon Polis Şöbəsinə müraciət edərək yanvarın 12-də evindən 1600 manat pulunun oğurlandığını bildirib. "İsti izlərlə" keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Cəmil Daşdıyev saxlanılıb. O, dindirilmə zamanı əməlini etiraf edərək, heç kimin olmadığı vaxt evə daxil olduğunu, əldə etdiyi pulları isə xərclədiyini deyib. Faktla bağlı araşdırma aparılır.