• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1470
— 16.01.2019 13:20

Paytaxt sakinini kürəyindən bıçaqladılar

KepezTV Player

Bakının Nizami rayonu Kamil Balakişiyev küçəsində paytaxt sakini İbrahim Fətdayev naməlum şəxs tərəfindən kürək nahiyyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə məlumat daxil olan kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Elxan Həsənov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib. İstintaq tədbirləri davam etdirilir.