• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2379
— 16.01.2019 13:25

Kafenin qarşısında qətl törədilib

KepezTV Player

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə Xaçmazda ağır cinayət törətməkdə şübhəli bilinən şəxs “isti izlər”lə saxlanılıb. Gecə saatlarında Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında kənd sakini Tamerlan Həmidov bıçaqla qətlə yetirilib. Faktla əlaqədar cinayət işi başlanılıb. Qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.