• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 16.01.2019 10:03

Xiaomidən ucuz smartfon: Redmi Note 7

Çinin Xiaomi şirkəti rəsmi olaraq Redmi Note 7 smartfonunu təqdim edib. O ucuz modellər sırasına qoşulsa da 48 Mp ölçülü əsas kameraya malikdir. Mobil cihaz 6,3 düymlük ekran və yuxarı hissədə çıxıntısı olan ön kamera ilə təchiz olunub. Aparatı Snapdragon 660 prosessoru işə salır. Operativ yaddaş 3, 4 ya da 6 QB ola bilər. Əsas yaddaş isə 32 və ya 64 QB olacaq. İkili əsas kamera 48 meqapiksellik modul və əlavə 5 Mp modulla vəhdət təşkil edir. Selfi üçün nəzərdə tutulmuş qarşı kamera 13 Mp çəkir. Android 9.0 Pie əməliyyat sistemilə işləyən smartfonun batareya həcmi 4000 mAs-dır. Redmi Note 7 artıq Çində satışa çıxarılıb. Deyilənə görə bundan sonra onu digər bazarlarda da görmək mümkün olacaq. Bu arada onun qiyməti 147 və 205 dollar arasında dəyişir.