• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2321
— 11.01.2019 13:05

Rusiyadan gələn Azərbaycan vətəndaşında güclü təsiredici maddə aşkarlandı

KepezTV Player

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunun piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Gödəkçəsinin iç sağ cibindən, gömrük orqanına bəyan edilməyən cib dəsmalına bükülmüş şəkildə dərman pereparatı aşkar olunub. "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.