• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1807
— 09.01.2019 14:50

Samuxda 3 kəndi birləşdirən yeni avtomobil körpüsü tikilir

KepezTV Player

Samux rayonunda uzunluğu 13 kilometr olan və tikintisi ötən il başa çatdırılan Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yolu üzərindəki körpünün inşaasına başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər nəticəsində yol ötürücüsünün uzunluğu 18 metr, eni 8.4 metr, hündürülüyü isə 4.5 metr olacaq. Texnii qurğuda avtomobillərin hərəkəti ilə yanaşı piyada zolağı da nəzərdə tutulub. Körpünün təyinatı Boz dağ silsiləsindən və Çeyrançöl ərazisindən yaz və payız aylarında gələn sel sularının Kür çayına axıdılmasıdır.

Səbuhi Əliyev – iş icraçısı “Hal-hazırda körpüdə betonlama işləri gedir alt panellərin və karkas qurulur. Sel sularını axıdılması üçün nəzərdə tutulan körpünün köhnəsi tamamilə ləğv edilib, yerinə yeni layihədə nəzərdə tutulan körpü tikilir. Layihəyə uyğun olaraq tikintini 33 günə təhvil verilməsi nəzərdə tutulur.