• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1878
— 09.01.2019 14:13

Summativ qiymətləndirmələrin sayı azaldılıb

KepezTV Player

Yeni qaydalara əsasən ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilində şagirdlərin bilik səviyyəsi yeni qiymətləndirmə ilə müəyyən ediləcək. Yeni qaydaların tətbiqi müəllimlərin öz işlərini daha səmərəli təşkilinə, şagirdlərin isə daha mükəmməl şəkildə təhsil almalarına imkan yaradacaq. Əvvəlki illərdən fərqli olaraq şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, 1-ci sinifdə summativ qiymətləndirmə aparılmayacaq. 2-ci və 3-ci siniflərdə isə yalnız kiçik summativ qiymətləndirmə aparılacaq. Digər siniflərə gəldikdə isə burada da summativ qiymətləndirmələrin sayı azaldılıb.

Söhrab Hacıyev - Gəncə Şəhər Metodik Mərkəzin direktoru: 4-cü siniflərdə isə ibtidai təhsildən ümumorta  təhsilə keçid səviyyəsi olduğuna görə həm kiçik summativ qiymətləndirmə həm də böyük summativ qiymətləndirmə həyata keçiriləcək. 5-8-ci siniflərdə isə kiçik və böyük summativ qiymətləndirmə keçiriləcək. Və il ərzində bütün fənlərdən bir dəfə böyük summativ qiymətləndirmə aparılacaq. Buraxılış sinifləri olan 9 və 11-ci siniflər üçün isə buraxılış fənlərindən və pedoqojo şuranın qərarı ilə 3 fənndən böyük summativ qiymətləndirmə keçiriləcək.