• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2047
— 08.01.2019 17:10

Qrip və kəskin respirator xəstəliklər üzərində epidimioloji nəzarət artırılıb

KepezTV Player

Qonşu Gürcüstanda qrip virusunun kəskin yayılması halı nəzərə alınaraq qrip və kəskin respirator xəstəliklər üzərində epidimioloji nəzarət artırılıb. Gəncədə şəhər 1 saylı Uşaq Poliklinikası, 2 saylı Şəhər Poliklinikasında xüsusi otaqlar, eləcə də Yolxucu xəstəliklər Xəstəxanasında 3 nəfərlik palata ayrılıb. Səhiyyə Nazirliyi tərəfindən tibb müəsisələri bütün lazımı dərman peraparatları və avadanlıqlarla təmin edilib. Gündəlik aparılan yoxlmalar nəticəsində Gəncədə ağır qrip virusuna yoluxan xəstələr aşkar edilməyib.

Almaz Tomiyeva GEM-nin epidimioloji şöbəsinin müdiri: “Gürcüstanda gərgin vəziyyət olmasına baxmayaraq Azərbaycanda görülən tədbirlər nəticəsində belə bir xəstəlik aşkar olunmayıb. Gəncə şəhərində 2018-ci il ərzində 1588 nəfəri tibbi müayindən keçirmişik. Onların burun və boğaz nahiyyəsindən yaxma nümunəsi götürülərək Respublika Taun Əleyhinə Stansiyaya göndərilib. Bunların içərisində isə yalnız 7 nəfərdə adi insanda törənən qrip virusudur. Bu yaxşı haldır ki, Respublikamızda bu artım müşahidə olunmur”.