• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1910
— 08.01.2019 16:10

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi bayramov sakinlərin şikayət və təkliflərini dinləyib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi bayramov bu dəfə Bağbanlar yaşayış massivinin sakinlərinin şikayət və təkliflərini dinləyib. “Açıq mikrafon” şəraitində keçən görüşdə 30-a yaxın sakin əsasən küçələrin su-kanalzasiya xətlərinin yenilənməsi, asfaltlanması, mavi yanacağın təzyiqinin az olması, ictimai nəqliyyat vastələrinin yolunun uzadılması kimi ümumi problemləri dilə gətiriblər. Həmçinin səyyar qəbulda fərdi olaraq işlə təmin olunmaq, müalicə edilmək üçün yardımın göstərilməsi kimi məsələlər də qaldırılıb. Edilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum rəhbərlərinə  tapşırıqlar verilib.

Elnur Vahidoğlu