• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1884
— 07.01.2019 15:10

Gəncədə pravoslavlar milad bayramını qeyd ediblər

KepezTV Player

Aleksandır Nevski adına rus provaslav kilsəsində keçirilən təntənəli ibadət mərasimində dini ayinlər həyata keçirilib, dualar oxunub. İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramının hər il yüksək səviyyədə qeyd edildiyi, Azərbaycanda bütün dinlərin qardaşlıq şəraitində mövcud olduğuna diqqət çəkilib. Bayramla əlaqədar hazırlanan şirniyyatlar dini ayinlərin icrasından sonra ziyarətçilərə paylanılıb. Gəncə və ətraf rayonlarında yaşayan xristianlar Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramının özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirdiyini vurğulayıblar.

Tatyana Alekseyeva – ziyarətçi “ Allahın oğlu hesab edilən İsa peyğəmbərin mübarək mövludu və milad bayarmi ilə əlqədar olaraq Azərbaycan xalqını və burada yaşayan bütün provaslavları təbrik edirəm. Bu ilin daha uğurlu olması üçün dualar etdim. Bizim ibadətimiz üçün yaradılan şəraitdən də çox razı qaldım. Azərbaycan bizim üçün çox doğma və əziz ölkədir”

Asif Əliyev – DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri “ Bizim Gəncə şəhərində də bu bayram ənənvi olaraq rus provaslav kilsəsində qeyd edilir. İstər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən, istərsədə Gəncə şəhər icra hakimiyyəti tərəfindən tədbirin təşkil edilməsi üçün lazımı dəstək göstəririlibdir. Eyni zamanda Gəncə şəhər icra hakimiyyəti tərəfindən tədbirin sonunda provaslavlar üçün ziyafət süfrəsi təşkil olunacaqdır”