• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2425
— 07.01.2019 13:34

İki avtomobil qaçıran yeniyetmə saxlanılıb

KepezTV Player

Paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İfadə Mehdiyev ona məxsus “Hyundai” markalı avtomobilin evinin qarşısından qaçırıldığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Dərhal araşdırmalara başlanılıb, oğurluğu törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. O, ifadəsində avtomobili talama məqsədi ilə yox, sürmək üçün qaçırdığını deyib. Araşdırma zamanı saxlanılan şəxsin Balaxanı qəsəbəsində yaşayan Elvin Xeyrullayevə məxsus “Opel” markalı avtomobili qaçırdığı da məlum olub. Barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.