• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 07.01.2019 13:30

Polis qoyun oğrularını yaxaladı

KepezTV Player

Masallı və Lənkəran ərazisində xırdabuynuzlu heyvanları oğurlayan dəstə zərərsizləşdirilib. Belə ki, əvvəllər məhkum olunmuş Vücad Bayramov tanışı Sadiq Xankişiyevlə qabaqcadan əlbir olaraq Masallı rayonu Kürdəbaz kəndində Saməddin Bəyişova məxsus evin həyətindəki tövlədən iki baş qoyun oğurlayıb. Bundan başqa, Bayramov digər tanışı Emin Rəhimovla birgə Kürdəbaz kəndi ərazisində Azad Bəyişova məxsus tövlədən bir baş qoyun və üç baş quzu oğurlayıb. Saxlanılan şəxslər oğurladıqları qoyunları Cəlilabad rayonu ərazisində satdıqlarını etiraf ediblər. Faktlarla bağlı Masallı RPŞ-də cinayət işi başlanılıb, istintaq davam etdirilir.