• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2070
— 07.01.2019 13:18

Yevlaxlı qadınların Şəki sərgüzəştləri...

KepezTV Player

Yevlaxdan Şəkiyə gələn iki qadın evdən oğurluq edib. Hadisə Şəkinin Zunud kəndində olub.Kənd sakini Arif İdrisov bildirir ki, həmin gün səhər həyət qapısını iplə bağlayaraq anası ilə bazarlığa gedib. Geri qayıdanda tanımadıqları iki qadını həyətlərində görüblər. Əvvəlcə onlar özlərini dilənçi kimi göstərsələr də sonradan ogurluq məqsədi ilə evə girdikləri məlum olub.

Qadınlar evdə heç kimin olmadığını biləndən sonra itə dərman verərək zərərsizləşdiriblər. Ondan sonra işlərini görüblər. Şəki rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evdən 1166 manat pul və qızıl-zinət əşyalarını götürüblər. Hazırda onların başqa cinayət əməlində də əli olub olmadığı araşdırılır.