• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 07.01.2019 13:27

Qadının satmaq istədiyi evə basqın edildi

KepezTV Player

Bakıda qadının evinə basqın edilib. Hadisə paytaxtın Nizami rayonu, R.Teymurov küçəsi, ev 30, mənzil 40-da baş verib. Həmin ünvanda yaşayan Reyhan Mobilova evini satmaq üçün alqı-satqı ofisinə müraciət edib. Ötən gün mənzilə gələn 3 nəfər naməlum şəxs özünü müştəri kimi təqdim edərək evə daxil olub. Daha sonra onlar qadının əlini, ayağını və ağzını yapışqan kağızla bağlayaraq ondan pul tələb ediblər. Həmin şəxslər qadının evdə olan 600 manatını və 180 manat dəyərində mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2-ci (quldurluq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.