• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 05.01.2019 15:30

Gəncə pravoslavları Milad bayramına hazırlaşırlar

KepezTV Player

Sabahdan Azərbaycanda yaşayan provaslavlar milad bayramının başlanmasını qeyd edəcəklər. Bu məqsədlə Gəncədəki Aleksandır Nevski adına rus provaslav kilsəsində hazırlıq işləri aparılır. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsindən verilən məlumata görə, provaslavların dini bayram və ayinlərini keçirilməsi üçün tam şərait yaradılıb. Bu da Azərbaycanda xiristianlarla yanaşı bütün dinlərə hörmətlə yanaşılması, tolerantlığın və dini dözümlülüyün bir nünunəsidir. Yanvarın 6-da axşam saatlarında kilsədə başlayacaq milad bayramı 7-si günorta saatlarında başa çatacaq. Ayın 19-da isə kilsədə xaç suyuna salma mərasimi keçiriləcək.

Asif Əliyev – DQİDK-nin Gəncə bölgəsi üzrə şöbə müdiri: “ Gəncə şəhərində hər il ənənəvi olaraq Aleksandır Nevski adına  rus provaslav kilsəsində bütün dini ayinlər tam sərbəst şəkildə yerinə yetirilir. İstər Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən, istərsədə Gəncə şəhər icra hakimiyyəti tərəfindən bütün lazımı şərait yaradılır və dəstək verilir. Sabahdan başlayacaq milad bayramına hazırlıq məqsədilə kilsə daxilində bütün işlər yekunlaşıb, yanvar ayının 6-da axşam saatlarında etibarən məraim başlanacaqdır”

Xaliq Qurbanlı