• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1963
— 04.01.2019 14:16

ADAU-da yeni layihənin təqdimatı olub

KepezTV Player

ADAU-da “İllustrasiya və fəaliyyətlər yolu ilə gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində onların bilik və bacarığının formalaşdırılması” adlı layihənin təqdimatı olub. Üç ay həyata keçiriləcək layihənin məqsədi Gəncə şəhərində gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, gənclərin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, bu sahədə şüur və təfəkkürü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaqdı. Eyni zamanda onların ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti peşəkar ekspertlərin iştirakı ilə formalaşdırmaqdı. Mart ayında başa çatacaq layihənin sonunda iştirakçılarla birgə universtetin korpuslarının həyətlərində ağacəkmə kompaniyası keçiriləcək.

Cəfər Cəfərov - layihənin rəhbəri: “ İntensiv təlimlər zamanı aktiv gənclər seçilərək təxminən 10 nəfər ibarət gənc ekaloqlar qrupu yaradılacaqdı. Bundan sonra ayda bir iki dəfə digər universtet tələbələri üçün həmin klubun üzvləri aktiv təlimlər keçəcək”.