• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1842
— 04.01.2019 14:43

Gəncənin sonuncu xanı Cavad xanın ölümündən 215 il ötür

KepezTV Player

Azərbaycan xalqının qəhramanlıq simvolu, Gəncənin sonuncu xanı Cavad xanın rus işğalçılarına qarşı qeyri-bərabər döyüşdə ucaldığı şəhadətindən 215 il ötür. Cavad xanın türbəsi önündə baş tuatn anım tədbirində Cavad xanın Gəncəni igidliklə müdafiə etməsindən, dövlətçilik atributlarını yaşatmasından, dövlətçilik ənənələrini inkşaf etdirilməsində əvəzsiz rolundan söz açılıb. 1804-cü ilin yanvarında Çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı son döyüşü və ölümü ilə bağlı səhnələşdirilən tamaşada Cavad xanın bir daha xalqına bağlılığı nümayiş etdirilib. Tədbir tarixi şəxsiyyətin qəbrinin ziyarəti ilə yekunlaşıb.

Elnur Həsənov - tarixçi: “ Xalqımız üçün xas olan ən mühüm, mərd və sücayət olmaq formulunu məhz Cavad xan formalaşdırıdı və gəncliyimiz üçün əsl nümunə mənbəyidir. Bu gün xarici təsirlər nəticəsində başqa mühitdə qəhramanlar axtarmqa lazım deyil, Azərbaycan xalqının bu gün istedadlı sərkərdələri , görkəmli dövlət xadimləri, həmdə hər an xalq uğrunda şəhid olmağı hazır olan şəxsiyyətləri sırasında Cavax xan var.

Xaliq Qurbanlı