• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 04.01.2019 14:34

Yol polisləri Tovuzda məktəbliləri marifləndirib

KepezTV Player

Təhlükəsizliyin təmin edilməsi, təbliğat və təşviqat, xüsusi ilə də maarifləndirmə xarakteri daşıyan növbəti görüş Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 9-cu tağımının təşlilatçılığı ilə Tovuzun Düz Qırıqlı kəndində reallaşıb. Məktəblilərə piyadanın vəzifələri, yol nişanları, nizam-intizam qaydaları barədə məlumat verilib. Piyadaların iştirakı ilə qeydə alınan yol nəqliyyat hadisələrinin ciddi narahatlıq doğurduğu diqqətə çatdırılıb. Yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün yalnız müəyyən edilmiş yerlərdən keçmək tövsiyyə olunub. Ailədə, məktəbdə, iş yerlərində bununla bağlı təbliğat söhbətlərinin aparılmasının zəruriliyi önə çəkilib.

Elnur Zeynalov - baş inspektor: Görüşümüzün əsas məqsədi indan ibarətdir ki baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını alaq. Ən əsasıda şagirdləri marifləndirək ki gələcəkdə magistral yolları keçərkən yol hərkətinin təhlükəsizliyinə riayət etsinlər və gələcəkdə heç bir ağır hadisə qeydə alınmasın.

 

Natiq Hüseyn