• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 29.12.2018 16:33

Şəmkir və Göygöldə həmrəylik günü təntənə ilə qeyd olunub

KepezTV Player

31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl  ümumxalq  bayramıdır”. Bu fikir Şəmkirdə keçirilən bayram tədbirində səslənib. Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. 2018-ci ilin Şəmkir rayonu üçün uğurlu olduğu, xüsusi ilə respublikada ilk dəfə Şəmkirdə yaradılan gənclər birliklərinin fəaliyyəti, aztəminatlı ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqmaətində görülən işlər vurğulanıb. Sonda rayonun sosial iqtisadi və mədəni həyatında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub. Eyni zamanda səs çoxluğu üçüncü dəfə Şəmkirlilərin etimadını qazanan ARB Kəpəz yenidən ilin televiziyası seçilib. Azərtac isə ilin informasiya agentliyi olub. Tədbir tanınmış incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam edib.

Həmrəylik günü və yeni il münasibəti ilə Göygöllülər də bir araya gəlib. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında əlaqələri daha da gücləndirmək işinin əhəmiyyətinə toxunulub. Bu bayramı birlik simvolu kimi dəyərləndiriblər. İl ərzində rayonda əldə edilən naliyyətlərdən danışılıb. Rəsmi hissədən sonra konsert proqramı təşkil edilib, şən mahnı və rəqslər xoş ovqat yaradıb. Xüsusi ilə Şaxta baba və qar qızın çıxışları maraqlı olub.  

Natiq Hüseyn