• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1469
— 27.12.2018 14:00

Yeniyetmələrə siqaret satanlar cərimələndilər

KepezTV Player

Reyd zamanı Səbail rayonu Nigar Rəfibəyli küçəsi, 25 ünvanında fəaliyyət göstərən dükanın sahibi, paytaxt sakini Elşən Qurbanəliyevin məktəbliyə tütün məmulatı satması müəyyən olunub.

Səbail rayonu Nizami küçəsi, 96 ünvanında yerləşən köşkün satıcısı Murad Göyüşovun da yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Hər iki fakt təsdiqini tapandan sonra həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələniblər. Alkoqollu içkilər və tütün məmulatları satan şəxslər onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı və müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Bu  sənədi təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır. DİN spirtli içki və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə bir daha xəbərdarlıq edir: azyaşlılara və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütamadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək.