• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 25.12.2018 14:04

Gürcüstanda azərbaycanlılara məxsus qəbiristanlıqda atışma olub

KepezTV Player

Gürcüstanın Rustavi şəhərində azərbaycanlılara məxsus qəbirstanlıq ərazisində atışma olub. Məlumata görə,azərbaycanlıların sıx yaşadığı Qaçiani kəndinin sakinləri artıq bir neçə gündür, naməlum şəxslərin qəbirstanlıqda narkotik satmasına etiraz edirlər. Onların etirazı naməlum şəxslərlə mübahisəyə, daha sonra isə qarşıdurmaya səbəb olub. Atışma nəticəsində 19, 20 və 24 yaşlarında olan üç gənc yaralanıb.Yaralılar Rustavi Xəstəxanasına yerləşdirilib. Atışma törədən şəxs saxlanılıb.İstintaqla müəyyən olunub ki, saxlanılan 48 yaşlı şəxs qarşıdurma nəticəsində “Naqan” markalı tapança ilə üç nəfəri yaralayıb. Qarşıdurmada iştirak edən iki şəxs isə polisə müqavimət və fiziki təzyiq göstərdiyinə görə saxlanılıb.

Xəstəxanaya atışma zamanı yaralanan 3 nəfər gətirilib. Onlardan biri qarın, digər ikisi isə ayaq nahiyələrindən güllə yarası alıb. Vəziyyətləri sabit qiymətləndirilir.