• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 24.12.2018 13:29

Tələbələrdən biri o birini qətlə yetirdi

KepezTV Player

Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında qətl baş verib. Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri - 18 yaşlı Rauf Murğuzov həmkəndlisi, 18 yaşlı Elman Xəlilov ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Rauf uşaqlıq dostu Elman Xəlilovu bıçaqla qətlə yetirib. Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində Rauf Murğuzov saxlanılıb. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Elman Xəlilov isə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Salyan şəhərində də bıçaqlanma hadisəsi baş verib. Şəhərin M.F.Axundov küçəsində yaşayan 35 yaşlı Hənifəyev Əfzələddin və onun qardaşı 29 yaşlı Hənifəyəv Elnur bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarətlər yüngül olduğundan Travmatologiya şöbəsində onlara ilkin tibbi yardım göstərilib. Hər iki qardaşın qohumu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil. Daha bir qanlı olay Yevlax şəhərində qeydə alınıb. 48 yaşlı Cabir Əmirov döş və boyun nahiyələrindən bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub. Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələlik məlum deyil. Faktlarla bağlı araşdırmalar aparılır.