• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 20.12.2018 15:50

Samuxda 32 ailəyə ödənişsiz şəkildə mal-qara verilib

KepezTV Player

Özünüməşğulluq proqramının icrası Samux rayonunda da həyata keçirilir. Layihə aztəminatlı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna və gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Samux rayonunda özünüməşğulluq proqramında biznes layihələri keçərli olan 50 aztəminatlı ailələrə aktivlərin verilməsinə başlanılıb. Bu günə kimi 32 ailənin 6-a südlük, 11 ailəyə isə ətlik istiqamətdə iri buynuzlu heyvan, 4 ailəyə hər aktiv 21 xırdabuynuzlu olmaqla qoyun və 1 nəfərə xidmət sahəsi üçün avadanlıq verilib. Özünüməşğulluq proqramından yararlananlar bunun ailələrin sosial durumuna müsbət təsirindən danışır.

Yeganə Əliyeva - özünüməşğulluq proqramının iştirakçısı: “ 2 mal verdilər birin yanı balalıdır, biri boğazdır. Gələcəkdə güngüzaranımızı yaxşılaşdırcağıq bundan istifadə edərək.

Etibar Alıyeva - özünüməşğulluq proqramının iştirakçısı: “2-ci qrup əliləm, Samux rayon Məşğulluq mərkəzinə müraciət elədim iş üçün, onlarda məni özünüməşğulluq proqramına cəlb elədilər. Biznesim keçərli oldu və dövlətimiz sağolsun mənə bu avadanlıqları verdilər.

Rayonda Proqrama cəlb edilən aztəminatlı ailələrin aktivlərlə təminatı yaxın günlərdə tam başa çatdırılacaq.

Ağalar Cəfərov – Samux Rayon Məşğulluq Mərkəzinin direktoru: “Samux rayon Məşğulluq Mərkəzinə müraciət edənlər əsasən aztəminatlı ailələr, işsiz və işaxtaranlardır.Bizdə özünüməşğulluq proqramına ünvanlı sosial yardım alanlar, Qarabağ əlilləri, şəhid ailələrindən də cəlb elədik.  Bu ailələrdən seçim oldu, kurslar təşkil olundu və biznes planları uğurlu olanların layihələri aktivlərlər təmin olunur”

Samux aqrar rayon olduğu üçün müraciətlərin də əksəriyyəti heyvandarlğın inkişafı və əkin sahələrinin genişləndirilməsi ilə bağlıdır.